Diqqət azlığı və hiperaktivlik sindromu (DAHS) özündə daha çox uşaq yaşlarında olan pozuntunu göstərir: diqqət, hiperaktivlik, impulsivlik pozuntusu.
3 növ DAHS ayırırlar:
- diqqətsizlik üstün təşkil edən
- hiperaktivlik,impulsivlik üstünlük təşkil edən
- qarışıq.
DAHS 8% dan 11% qədər məktəbli usağlarda qarşılanır.
Ümumilikdə DAHS oğlanlarda iki dəfə çox rastlanır, halbuki norma tipə uyğun dəyişir. Hiperaktivlik, impulsivlik üstünlük təşkil edən tip oğlanlarda iki-dörd dəfə çox rastlanır. Diqqətsizlik üstün təşkil edən tip hər iki cinsdə demək olar ki eyni say ilə rastlanır.
Diqqət azlığı ilə bağlı pozuntu özünə görə patalogiyadır, lakin digər xəstəliklərin nəticəsi olaraq da yarana bilər:
- genetik xəstəlik
- psixiki xəstəlik
- infeksional xəstəlik
Diqqət azlığı və ya hiperaktivlik pozuntusu adətən on iki yaşa qədər, çox vaxt məktəbəqədər və ya ibtidai məktəb illəri dövründə yaranır amma bəzi hallarda problemin nədə olduğunu şəxs bir müddət sonra anlayır. Yaş və intellektual inkişafdan asılı olaraq diqqət və hiperaktivlik-impulsivlik pozuntusu normativləri dəyişir. Diqqət pozuntusu dedikdə, müəyyən maraq çəkməyəyn çalışmalar üzərində diqqət cəmləmə çətinliyi, özünü toparlama və diqqət yayılması ilə bağlı ciddi pozuntular.
Tərbiyəvi özünüidarə etmə tələb olunan müəyyən situasiyalarda, hiperaktivlik yüksək hərəkəti aktivlik və hərəkətsizliyi saxlaya bilməmək deməkdir.
Düşünmədən və ya risk və nəticələri gözə almadan spontan edilən hərəkətlər impulsivlikdir.
Diqqət pozuntularının nisbəti və spesifik təzahürləri və hiperaktivlik-impulsivlik tipinin davranış xüsusiyyətləri müxtəlif fərdlərdə fərqli ola bilər və inkişaf dövrü ərzində dəyişə bilər.
Yayınma
- Təfərrüatları görməmək və ya qaçırmamaq, məktəbdə, işdə və ya digər fəaliyyətlərdə düşüncəsiz səhvlərə yol vermək.
- Diqqəti yerinə yetirilən tapşırığa və ya oyuna yönəltmək, eləcə də söhbət zamanı, mühazirə dinləmək və ya oxunan mətnin məzmununu uzun müddət qavramaq çətindir.
- Onlara deyilən sözü sanki dinləmirlər.
- Təlimatlara əməl etmir və məktəb tapşırıqlarını, ev işlərini və ya iş yerindəki vəzifələri yerinə yetirmir və ya tapşırıqlara tez başlayır, eyni zamanda diqqəti tez itirir və diqqəti asanlıqla yayındırır.
- Tapşırıqların və hərəkətlərin icrasını təşkil etməkdə çətinlik çəkirlər, tapşırıqları hansı ardıcıllıqla yerinə yetirəcəklərini bilmirlər, əşyaları və materialları qaydasında saxlamırlar, işdə səliqəsizdirlər və vaxtı pis planlaşdırırlar, işi başa çatdırmağa vaxt tapmırlar.
- Daimi elmi səy tələb eləyən ev tapşırığlarını etməkədən qaçılar və ya sevmirlər, yeniyetmələr və ya yaşça böyük olanlar isə cədvəllərin hazırlanmasından və ya böyük həcmli sənədlərin öyrənilməsindən qaçırlar.
- Tapşırıqlar və ya fəaliyyətlər üçün lazım olan əşyaları, məktəb ləvazimatlarını, karandaşları, kitabları, alətləri, pul kisələrini, açarları, sənədləri, eynəkləri və ya mobil telefonları itirirlər.
- Kənar düşüncələrə diqqətləri tez yayılır.
- Evdə və ya işdə gündəlik çalışmalarda unutqandılar.
Hiperaktivlik/impulsivlik
- Oturacaqda əyləşərkən təlaş içində olurlra.
- Dərsdə və ya ofisdə oturmalı olduqları halda dururlar.
- Bu cür davranışın yersiz olduğu və ya daha çox yeniyetmələrdə və ya yaşlı yetkinlərdə tez-tez narahat olduğu hallarda qaçırlar, sürətlə hərəkət edir və ya obyektlərin üzərinə dırmaşırlar.
- Sakit oyun oynaya və ya hobbiləri ilə məşğul ola bilmirlər.
- Hər zaman hərəkətdədilər və “qaçmağa hazırdılar”.
- Dayanmadan danışırlar.
- Sual verilməzdən əvvəl cavabı qışqırırlar, başqalarının başlatdığı cümlələri bitirirlər və ya söhbətdə növbəsini gözləmədən danışırlar.
- Sıralarını çətinliklə gözləyirlər.
- Söhbət, oyun və ya yığıncaq zamanı ətrafdakıların sözünü kəsir, onların işlərinə qarışırlar.
Yetkin yaşlarda DAHS
Diqqət azlığı və hiperaktivlik pozuntusu-konsentrasiyaya, yaddaşa və davranışa təsir edən bir vəziyyətdir.
Statistikaya görə bu pozuntu 20 yetkindən birində, adətən kişilərdə olur.
Yetfin yaşda DAHS simptomları
- diqqət cəmləməkdə ciddi çətinliklər
- yüksək diqqət yayınması
- aşağı dözümlülük
- fəaliyyətin planlaşdırılması və təşkili olunmaması
- tez-tez gecikmə
- unutqanlıq
- stabil səliqəsizlik
- dağınıqlıq
- konsentrasiyanın zəif olması səbəbindən qəza riskinin artması
- riskli davranışlara görə travma alma şansının yüksək olması (yolda, idmanda və s.)
- stress zamanı sürətli yüklənmə hissi
- yüksək impulsivlik
- aqressiv davranışla
- təlaş
- səbrin olmaması
- yüksək qıcıqlanma
- adekvat olmayan güclü reaksiyalar
- komandada işləyə bilməmək
- birdən-birə dəyişən hal-əhval
- hərəkətlərdə ehtiyyatsızlıq
- əsəbə düşmə ehtimalının yüksəkliyi
- yüksək emosional hissiyat
- digərlərinə mane olaraq və sözlərini kəsərək, tez danışıb bitirmək istəyi
- yüksək kreativ bacarıqlar
Yetkinlərdə hiperaktivlik adətən kiçik uşaqlarda baş verən motor hiperaktivliyindən daha çox narahatçılıq və tərpənmə kimi özünü göstərir.
DAHS olan yetkinlərdə işsizlik riski daha yüksəkdir, təhsil səviyyəsi aşağıdır və narkotik və cinayət nisbətləri daha yüksəkdir. Daha çox yol qəzaları və qayda pozuntuları olur.
Yetkinlər kimi, DAHS diaqnozu qoymaq daha çətindir. Simptomlar əhval pozğunluqları, narahatlıq pozğunluqları ilə oxşar ola bilər.
Hiperaktivliyə dair nümunələr:
- hər zaman həyəcanlı və ya əsəbi görünür - işdə bu hər hansı bir gündə özünü göstərə bilər: həm hesabat menecerə təqdim olunan gündə, həm də ən adi gündə və ya korporativ şənlik zamanı
- bir yerdə otura bilməmək və diqqəti cəmləyə bilməmək — düşüncələr dağılır və insan onları tamamlamadan bir çox işi öz üzərinə götürür
- ətrafdakılara fikir vermədən dayanmadan danışmaq
- sürətli düşüncə axını və ya düşünməyi dayandıra bilməmək aşkar olmayan əlamətlərdən biridir
- davamlı yuxu problemləri
Yüksək impulsivliyə dair nümunələr:
- insan öz davranışlarının nəticəsini gözə almır
- hər zaman digərlərinin sözünü kəsir
- digərinin etdiyi işi öz üzərinə götürür
- tez-tez işini dəyişir
- narkotiklərdən və alkoqoldan sui-istifadə
- çox qıcıqlanan və partlayandır.
Diqqətsizliyə dair nümunələr:
- uzun müddət ərzində bir işə fikrini yönlədə bilməmək
- qeyri-mütəşəkkillik (müntəzəm olaraq gündəliklərdən və ya təqvimlərdən istifadə edə bilmir)
- davamlı unutqanlıq (bu gün günorta olan şeyləri və s.)
- bir insanın asanlıqla diqqətini yayındırması və əvvəlki işə qayıda bilməməsi
- tapşırıqların yerinə yetirilməsində gecikmə və daimi nizamsızlıq
- yüksək diqqətsizlik
- dərslərdə və ya iclaslarda yatmaq
- vaxtdan yanlış istifadə