PANIK POZUNTUSU

PANIK POZUNTUSU

  Panik pozuntu davamlı olaraq baş verən panik ataklar ilə xarakterizə olunur, onlar konkret stimullar ilə və ya situasiyalar ilə kifayətlənmirlər.

   Panik ataklar ayrı epizodlardır, onlara tez və eyni anda baş verən tipik simptomlar məxsusdur (ürək döyüntüsünün tezləşməsi, tərləmə, nəfəs çatışmamazlığı, sinə ağrıları, ürəkbulanma, başgicəllənməsi, oznob, istilik gəlişməsi, qaçılmaz olan ölüm qorxusu). Bundan əlavə panik pozuntu, həmin atakların və hərəkətlərin neqativ sonluqları olacağına dair daimi narahatçılıq ilə xarakterizə olunur. İnsan onların təkrarolunmaması ilə bağlı etdiyi hərəkətlər, qabarıq formada üzə çıxan disstersə və şəxsi, ailə, sosial, təhsil, professional və digər vacib həyat aspektlərində baş verən pozuntulara gətirib çıxardır.

  Obyektiv səbəb olmadan, qabarıq formada özünü biruzə verən qorxu hissi panik ataklar adlanır.

  Panik atak baş verəndə, insan qabarıq qorxu hiss edə bilər, düşünə bilər ki, onda ürək tutması var və ya hətta ölə bilər. Lakin panik ataklar qabarıq formada olan qorxu hissi, həmçinin də ölüm qorxusu ilə müşayiət olunsa da, onlar həyat üçün heç bir təhlükə yaratmırlar. Panik ataklar adatən fərqli həyat situasiyalarında baş verir. Ağır formalarda onlar gündə bir neçə dəfə baş verə bilərlər. Digər hallardan fərqli olaraq, panik atakların simptomları spontan və xoşgüzəranlıq fonunda baş verir.

  Panik ataklar — həyacan pristupları, somatik simptomlar ilə qarışıq izahsız qorxu ilə xarakterizə olunur. Panik ataklar orqanizm üçün təhlükəsizdir, çünki panika zamanı, özünüməhvetmə instinkti yox özünüqoruma instinkti işləməyə başlayır.

   Bu günlərimizdə panik ataklar olduqca yayılmış haldır, statistikaya görə Yer üzərində hər 5 ci insan həyatında bir dəfə olsa belə panik atak keçirmidir. Panik atak adətən bir neçə dəqiqədən yarımsaata qədər davam edə bilər.Hər insanda panik pristuplar fərqli tezliklər ilə baş verir amma bəzən panik pristupların katostrofik ölçülərə çatır və bəzi insanlar sutka ərzində bir neçə dəfə panik ataklar keçirdirlər.

  Bir vaxt ağır panik atak pristupu keçirtmisizsə bu o demək deyil ki, siz onu yenidən keçirtməlisiz.


Tez-tez istifadə olunan sözlər:

 

“Əgər mən yıxılsam mənə heç kəs, kömək etməyəck və bu çox pisidir!”

“Əgər başım ağrayırsa deməli bu onkologiyadır, bu çox pisdir!”

“Əgər ürəyim döyünürsə, deməli bu inkarkt göstəricisidir!”

“Əgər mən sinəmdə ağırlıq və bogazımda kom hiss edirəmsə, deməli mən boğulacam!”

“Əgər mən panik atak keçirtsəm, deməli mən buna dözə bilməyib öləcəm!”

“Əgər məni hər zaman panik ataklar narahat etsə, mən dəli olacam!”

 

Simptomlar:

- qabarıq həyacan, səbəbsiz ölüm qorxusu, izaholunmaz güclü təklükə hissi

- ürəkçırpıntısı və tez-tez nəfəs alma

- nəfəsalmada çətinlik və boğulma hissi, təngənəfəslik, boğazda ağırlıq hissi

- diskomfort, sinədə basılma və ağırlıq hissi (daha çox sol tərəfdə)

- başgicəllənmə

- qarın ağrıları, ürəkbulanma, çətin hallarda qusuntu və ya diareya ola bilər

- ayaq və ya əl əsməsi

- əzalarda uyuşma və ya karıncalanma hissi

- tərləmə, bədənə və üzə istilik gəlmə hissi

- dumanlı görmə, gözün içəri tərəfinin döyüntü hissi

- baş verənlərin real olmadığı hissi

- dəli olmaq qorxusu və ya öz hərəkətlərini idarə edə bilməmək qorxusu


Aybaşı zamanı panik ataklar

 

   Aybaşı zamanı panik ataklar qadınlarda dah tez-tez baş verir nəin ki, alternativ situasiyalarda. Statistikaya görə PMS zamanı orqanizm pristuplara daha həssasdır. Pessemist əhval hiss olunur, neqativ emosional fon, özünü kontrol etmə qabiliyyıti itir, bədən davranışları və sinirli reaksiyalar.


Aybaşı zamanı panik atakları qıcıqlandıranlar sırasına, mütəxəssislər aid edir:

 

- stress formasında olan psixoloji zəminlər, psixikanın konflikləri və travmaları;

- fiziogen, medikomendoz dərmanların istifadəsi nəticəsində yaranır və həmçinin aklimatizasiya, havanın dəyişməsi və orqanizmin digər reaksiyaları;

- bioloji, harmonal balansın dəyişməsi, cinsi həyatın başlanması, klimaks, doğuş və ya abort, hamiləlik, kontraseptiv dərmanların istifadəsi.


Aybaşı zamanı panik ataklar daha çox iyirmi beş-qırx beş yaş aralığı qadınlarda baş verir.

   Daimi stress və emosional basqı yaşayan qadınlar, harmonal pozuntular ilə üzləşirlər, onlar isə emosional reaksiyalara və impulsiv hərəkətlərə təhrik edirlər. Panik pristuplar sağlamlıq göstəricilərindən asılı olmayaraq davam edə bilərlər. Real patalogiyalar olmadıqda belə, ehtimal var ki, növbəti aybaşı zamanı analoji situasiya baş verə bilər. Halbuki buna yetərli səbəb də olmaya bilər. Mensturasiya zamanı bir dəfə pristup yaşayan və nə baş verdiyini anlamayan xanım, nəticə olaraq bunun təkrarını gözləyə bilər, belə etməklə də o yeni panik ataka özünü təhrik etmiş olur. Daha çox kontrol olunmayan pristup qorxusu siklin ilk yarısında hiss olunur. 

   Aybaşı zamanı olan panik pristuplar, stress nəticəsində yaranan pristuplardan daha ağır keçir. Emosional yelləncəklər böyük psixoloji yük yaradırlar. Aybaşı zamanı panik atakların simptomları alternativ halda olanlar ilə anolojidir.

 

Aqorafobiya ilə olan panik pozuntular

 

   Simptomları iqnor edən zaman xəstəlik xroniki olur və atakanın təkrarolunması ilə bağlı narahatlıq aqorafobiyaya dönüşür.

   Aqrofobiya-açıq sahə, böyük insan toplusu və ya eyni situasiyaların təkrarı qorxusudur. Aqrofobiyalı panik pozuntular-bu panik atakın əmələ gəlmə qorxusu, panik ataklar yaranan yer və situasiyalardan qaçma, həmçinin çox insan olan yerlərdə ataka keçirtmək qorxusu. 

   İlkin mərhələlərdə aqorafobiyalı panik pozuntu müşhaidə olunur: narahatlıq, marşrutların korrektirovkası, çox insan olan yerlərdən qaçış. Xəstəliyin inkişafı zamanı: çox insan olan yerlərdə ataka keçirtmək qorxusu evi yalnız tərk etmək qorxusuna qədər böyüyür.

 

Panik ataklar zamanı depressiya

 

   Panik ataklar zamanı depressiya daha çox ilkin xəstəlik kimi hesab olunur, bu zaman onun fonunda panika pristupları inkişaf edir. Panik atakdan sonra sosial əlaqələrin pozuntusuna görə depressiyanın inkişafı, daha az qarşılanır. Halbuki, panik ataklar və depressiya fərqli xəstəliklərdir və fərqli müalicə üsuluna ehtiyac duyurlar.


Depressiya xarakterizə olunur:

- maraq və ya həzzin azalması və ya itməsi

- iştahın azalması və ya çoxalması

- çəkinin azalması və ya artması

- yuxusuzluq və ya əksinə yuxulu olmaq

- psixomotorikanın tormozlanması

- yorğunluq və ya enerjinin itmə hissi

- dəyərsizlik, lazımsızlıq hissi

- günah hissinin adekvatsız olma hissi

- düşüncə və ya diqqət cəmləmə qabiliyyətinin azalması

- ölüm və ya intihar düşüncələrinin təkrarlanması

 

Panik ataklar barəsində miflər

 

Panik ataklar ölümə gətirə bilər.

Heç bir panik atak ölümə gətirə bilməz. Panika dəgər hisslər ilə bərabərdir.

 

Panik atak — infarkt simptomudur.

Panik atak-yalnız güclü qorxu hissidir.

 

Panik atak şizofreniyaya gətirib çıxardır.

   Şizofreniya, psixiatriyanın böyük patalogiyası kimidir və panik atak-iki tamamən fərqli istiqamətdir. Panik ataklar nevrotik, emosional pozuntular fonunda inkişaf edir. Onlar tamamən dəyişkəndir və insanı orqanik dəyişikliklərə gətirib çıxartmır. Amma şizofreniya-genetik və ya beyin qabığının travması nəticəsində yaranan xəstəlikdir. Nə panik ataklar nə də nevrozlar şizofreniyaya dönüşə bilməz. 

 

Panik atak kontrol itkisilə təhlükəlidir.

Heç bir kontrol itmir. Bütün hisslər maksimaldır. Panikada olan insan qurtuluş qayğısındadır.

 

Panik ataka zamanı insanların yanında olması labüddür.

   Siz xəstə deyilsiz. Sizə təcili yardım lazım deyil. Kiminsə sizi xilas etməsinə ehtiyac yoxdur. Bu “panika” adlı illizuyadır. Siz öznüzə sübut etməlisiz ki, qorxu və təşviş tamamilə təhlükəsizdir. Öz pristolarınız ilə özünüz mübarizə aparmalısız. Sizdə “qorxma adəti” olduğunu özünüzə sübut etməlisiz.

 

Panika nə qədər tez bitsə o qədər yaxşıdı.

   Panik atak ilə işləməyin əsas prinsipi-heç yerə qaçmamaq, heç nə etməmək. Öz gərginliyinizə anlayışlı yanaşın. Maksimal dərəcədə rahatlamalısız, öz halınızı qəbul etməlisiz, gülümsəməlisiz. Bu sözləri təkrar edin: “Mən yaxşə deyiləm amma bilirəm ki, mənə heç bir təhlükə yoxdur. Bu sadəcə mənim emosional halımdır”.