Obsessiv-kompulsiv pozuntu (OKP) təkrarolunan, davamlı, istəmsiz və yorucu düşüncələr ilə xarakterizə olunur. Obsesiyanın yaratdığı narahtçılığı azaltmaq və ya qarşısını almaq üçün, motivlər və ya obrazlar (obsessiyanın) və ya təkrarolunan davranışlar və ya əqli hərəkətlər, pasient onların icrası üçün təcili ehtiyac (kompulsiya) duyur.
Obsessiya — yorucu, istəmsiz fikirlərdir, obrazlar və ya motivlər, onlar adətən yetəri qədər diskomfort və narahatlıq yaradırlar.
Kompulsiyalar — obsessiyanın yaratdığı diskomfort düşüncələri azaltmaq və ya neytrallaşdırmaq üçün icrasında labüd hiss olunan davamlı rituallardır.
Obsessiyalar və kompulsiyalar çox vaxt aparır (məsəslən, > 1s/gün, adətən daha çox) və ya pasientlərə olduqca böyük diskomfort yaradırlar.
Obsessiv-kompulsiv pozuntu bəzən digər əlavə simptomlar ilə müşayiət olunur:
Narahatlıq pozuntusunun simptomları — məsələn panik atak və ya ümümiləsdirilmiş narahatlıq.
Depressiya simptomları — pasient üçün olduqca böyük əziyyət mənbəyidir. Onun evdə, işdə, məktəb və ya universitetdə olan funksionallığı ilə problemlər yaradır. Bu özgüvənin, əhval-ruhiyyənin aşağı düşməsinə, lazımsızlıq və ümidsizlik hissinin artmasına, hətta tam epizodlu depressiyaya gətirib çıxardır.
Depersonalizasiya və derealizasiya — bəzən narahatlıq və gərginlik, zəhlətökən hal və ya onlara müqavimət göstərmək istəyi o qədər böyükdür ki, bəzən pasientə periodik real olmayan düşüncələrə gətirir-təəssürat yarana bilər ki, onda həyat ilə tam kontakt yoxdur, onu əhatə edən əşyalar və insanlar real deyil, sünidir, onlar dekor kimidir(derealizasiya) və ya hətta onun düşüncələri ondan ayrıdır, sanki ona məxsus deyildir, onun hissləri və emosiyaları, hərəkətləri və bədən üzvləri onun deyildir (depersonalizasiya)-bu simptomlar adətən pasienti çox narahat edir və onda yaxınlaşan “çılğınlıq”, “ağılsızlıq” halına qarşı qorxu yaradır.
Tiklər — qeyri-şüuri, təkrarolunan hərəkətlərdir( məsələn: göz qırpmalar, çiyinləri çəkmək, üz-göz oynatmaq) və ya səs fenomaları (öskürmək, it hürməsi, pıçıldama və s.) həmçinin kompulsiyalar kimi, qarşısısnı almaqda çətinlik çəkilən hərərktlərdir).
Ayxmofobiya — bu itici əşyalar ilə kontaktın olması və onların gizlədilməsi ilə bağlı qorxudur.
Mizofobiya — çirkə qarşı olan qabardılmış qorxudur, həmçinin çirkdən qaçmaq tələbatı vardır.
Basillofobiya — mizofobiya anoloji olaraq mikrob qorxusudur.
Bezdirici toxunuşlar və hərərkətlər
Daha az tanınanlardan, hərərkət və toxonuşlara olan məcburiyyətdir. Bu pozuntu olan şəxslərdə növbəti simptomların bir və ya bir neçəsini müşhaidə etmək olar:
- Nəyisə xüsusi izləmək və ya baxmaq
- Hərəkərtlər simmetrikdir və ya xüsusi formadadır
- Yeriyərkən nəyəsə və ya harayasa xüsusi formada ayaq basmaq təlabatı
- Müəyyən hərəkətləri edərkən xüsusi formada olan davranışlar
- Hal-hazırda edilən əks hərərkətlər
- Müəyyən sayla və ya onların düzgün etdiklərini hiss edənə qədər müəyyən hərəkətlərin təkrarı; (oturmaq, durmaq, qapılar arası və ya xüsusi yerləri keçmək)
- Oturmazdan və ya durmazdan əvvəl mebelə toxunmaq
- Qapını və ya yeşıyi açıb və ya bağlaymamışdan əvvəl ona toxunmaq
- Qapılar arası keçməzdən əvvəl onlara toxunmaq
- Əşyalara müəyyən sayda toxunmaq
- Xüsusi bəzəkdə olan əşyalara toxunmaq
- Əşyaları istifadə etməzdən əvvəl onlara toxunmaq, yerini dəyişmək və ya onlarla xüsusi davrnış
Yorucu düşüncələrin nəticəsi olan narhatlıqları yüngülləşdirmək məqsədilə daha çox bu hərəkətlər icra olunur.
Kompulsiv əl yuma
OKP dən əziyyət çəkən insanlar adətən düşünürlər ki, onların yorucu fikirləri və kompulsiv hərəkətləri irrasionaldır, lakin onlara qarşı durmaq üçün özlərini aciz hiss edirlər. Kompulsiv əl yuma düşüncələri olanlar, yoluxma qorxusundan asılıdırlar və əllərini dəriləri çatlayana qədər bəzən isə qan gələnə qədər yuyurlar.
Kompulsiv əl yuma ilə olan pasientlər yorucu və irrasional qorxunun yaratdığı ağır disstersi yüngülləşdirmək üçün əllərini çox və tez-tez yuyurlar. Həddsiz çox əl yuma, əl dərisində olduqca bəlli olan dəyişikliklərə və ya əvvəlcədən mövcud olan dəri xəstəliklərinin ağırlaşmasına səbəb olur.
Kompulsiv əl yuma çox vaxt həddsiz yorucu psixodermaloji haldır. Bu pasientə onun gündəlik həyatında maneyələr yaradır. Çox əl yuma ovucda iltihablı, degenerativ və infeksion dəyişikliklərə səbəb ola bilər.
İnsan özünü təmiz hiss edənə qədər, əllərini və ya bədənini bir neçə dəfə xüsusi rituallar ilə yuyur. Buna sərf olunan vaxt insanın işini və münasibətlərini normal halda saxlamaq üçün ciddi mane törədir, həmçinin də dərinin təmizlənməsi və sürtünməsi xüsusilə də əllərin qan gələnə qədər yuyulması fiziki sağlamlığa zərər gətirə bilər.
İnsan əgər çimməsə və ya əllərini bir neçə dəfə yumasa, onu yaxın insanların ölümü ilə bağlı irrasional fikirlər narahat edir. İnsan bu tapşırığı etməyə məcbur olur, çünki əgər yerinə yetirməsə ona çox çətin olacaq, iqnor etsə o zaman digər işlər ilə rahat məşqul ola bilməyəcək. Bundan əlavə, çirkli və ya xəstəliyə yoluxucu olmaq, virus və mikroblar qorxusu yarana bilər. Yəni bu da dayanmadan əlləri yuma səbəbi ola bilər.
Əvvələr yoluxma qorxusu hiss edən insan, çox insan olan yerlərdən, digər insan və obyektlərdən qaçmağa başlayır. Daimi olaraq təmizləyici vasitələrin alışı və istifadəsi, həmçinin elektron vasitələrin alışı, xüsusilə maye ilə əlaqəli olan mobil telefonlar, böyük xərclərə səbəb olur.
Çirkli olmaq və ya yoluxucu xəstəliyə tutulmaq qorxusu yorucu narhatlıqdır, çox vaxt çirkin insanın özünə və ya yaxınına ziyan vurması qorxunun səbəbidir. Çoxyayılmış kompulsiyalar yuyunma, təmizlik və ya qaçış ola bilər.
OKP zamanı yorucu yoxlanış
OKP zamanı yorucu yoxlanış-obsessiv-kompulsiv pozuntunun geniş yayılmış formasıdır, yoxlanış üzərində təyin olunan kompulsiv davranışlar ilə xarakterizə olunur. Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən insanlar qorxurlar ki, onlar bilərəkdən və ya bilməyərək özlərilə və ya başqaları ilə nəsə pis bir şey olacağının səbəbkarı ola bilərlər. Bu yorucu asılılıq narahatlıq yaradır və onlar dəhşətli hadisələr olmayıb və olmayacaq deyə, yoxlanılmış rituallar ilə özgüvən qazanamağa çalışırlar. Yoruxu düşüncələr, bir qayda olaraq onlar ilə və ya yaxınları ilə nəsə pis hadisələr baş verəcəyi ətrafında cəmlənib.
Obsessiv-kompulsiv pozuntu zamanı yorucu qorxulara daxildir:
- Təhlükəsizlik ilə bağlı qorxu-yanğına, su basmasına, oğurluğa və ya digər həyati və ya mülki təhlükəyə məsuliyyətli olma qorxusu.
- Sağlamlıq ilə bağlı problemlər-ciddi xəstəliyin inkişafı ilə bağlı qorxu.
- Səhvlər ilə bağlı narahatlıq-istənilən növdə olan səhvlərin reallaşdırma qorxusu.
- Adekvatsız davranışlar ilə bağlə qorxu-pis davranış ilə bağlı qorxu.
Bu kimi yorucu düşüncələr distressə gətirir (çox vaxt təlaş formasında), və OKP bu alt tipi üçün-bu obsessiv davranış, təlaşın azaldılması üçün istifadə olunur. Yoxlanışın məqsədi, qorxuducu nəticələr olmayıb və olmayacağı ilə bağlı əminlikdir.
Davranışın yoxlanışına daxildir:
- Fiziki yoxlanış: əşyaların diqqətlə nəzərdən keçilməsi (bəzən daha əminli “sübüt” üçün onların şəkilini çəkirlər) və ya fiziki müşhaidə
- Qaçış: Müəyyənsizlik ilə bağlı qorxu məsuliyyətdən qaçışın səbəbidir. Evdən və ya otaqdan sonuncu çıxan şəxs, OKP dən əziyyət çəkən insandan qapıların, qazın, kranların və s. nin yoxlanılması məsuliyyətini götürür. Əgər narahatlıq səhvlər etmək ilə bağlıdırsa, bu zaman səhv etməkdən qaçmaq təlaşı azalda bilər (elekton məktub göndərmədən və ya digər insanlar ilə əlaqə qurmadan).
- Sakitlik: İnsanlar çox vaxt sakitlik axtarırlar. Bu insanın içindən gələ bilər, özünə yada salır ki hər şeyi düzgün eləyib. Həmçinin də digər insanlardan, “Siz gördüz men necə qapını bağladım, düzdü ?” və ya “Bu hərəkət sizə normal gəlir?” kimi sualları özlərini sakitləşdirmək üçün verirlər.
- Rituallar: Beyində çoxlu yoxlanışlar gedir. Bu hadisələrin reallaşdırılması formasını ala bilər. İnsan səhv etmədiyindən, qəlbqırıcı və ya yersiz hərəkət etmədiyindən əmin olmaq üçün, saatlarca yatağında uzanaraq dəfələrcə dialoqları beynində keçirdə bilər.
Obsessiv hərəkətlər (kompulsiyalar)
Obsessiv hərəkətlər (kompulsiyalar) — obsessiyalar kimi, pasient tərəfindən mənasız və yöndəmsiz və ya utancverici hiss olunur, həmçinin də qaçılmazdır-onlara qarşı durmaq çətindir.
Onlar fərqli formada ola bilər:
- Yorucu yoxlanışlar (qapıların, su kranlarının, əşyaların və s.) yorucu özgüvənə cavab olaraq.
- Davamlı təmizlik, yuyunma (məs. əl yuma) düzmə və s.-bu hərəkətlərin düzgün icrası baradə olan özgüvənsizlik, həmçinin özünəyeridilən prosedura ilə və effektiv idi deyə.
- Düzgünlüyə, simmetriyaya, əşyaların düzgün yerləşdirilməsinə yönlənən obsessiv cəhd özünü davamlı nələrisə düzəltmək, səliqəyə salmaq ilə biruzə verir.
- Öz hərəkət və düşüncələrinin mənasızlığını anlasa belə (məs. “mən dayanacaqda maşının ətrafında 2 dəfə 1 ayaq üstə tullanmalıyam, yoxsa mənim qızım öləcək”) qəribə rituallarə yada salan çətin hərəkətləri pasient yerinə yetirir ki, yaxınlaşan təhlükənin qarşısını alsın.
- Əşyasların məcburi yığılması.
Yorucu ideyalar (obsessiyalar)
Yorucu ideyalar (obsessiyalar) — mənbəyi bilinməyən xarakter daşıyan, xəstənin istəyindən asılı olmayaraq yaranan düşüncələrdir. Onların yaranmasını pasient emosional keçirdir, çünki onlara kritik yanaşaraq, azad olmaq istəyin lakin bunu yalnız eləyə bilmir. Yorucu ideyaların sayıqlamalardan əsas fərqi-xəstəlik mənşəsi olduğundan insanın əminliyidir.
Yorucu fikirlər (obsessiyalar) intensiv xarakter daşıyırlar və demək olar ki, hır zaman pasient tərəfindən “narahat”, “utandırıcı”, “absurd”, “istəmsiz” qəbul olunur. Halbuki, obsessiyalar istəmsiz yaranır və pasientdə qarşıdurma yaradır, buna baxmayaraq onun tərəfindən öz şəxsi düşüncələri kimi qəbul olunur.
Obsessiyaları növbəti kateqoriyalara bölmək olar:
- Yorucu özgüvənsizlik — çox vaxt sadə şeylərə aid olur-məs. Təkrar olunan və davamlı olan, çoxsaylı və fərqli yoxlanışlara baxmayaraq, özgüvənsizlik qapı bağlı idi mi, işıq sönülü idi mi, su krantı bağlı idi mi, əşyalar düzgün yerinə qoyulub mu, əllər düzgün və effektiv yuyulub mu və s.
- Yorucu, istəmsiz və çox vaxt kiminsə dünyagörüşünə qarşı olan, vulqar xarakter daşıyan düşüncələr-çox vaxt yersiz olduğları hallarda və yerlərdə özünü güclü biruzə verir.
- Yorucu impulslar-intensiv, publik yerlərdə qışqırmaq, bizə yaxın olan və pisliyini istəmədiyimiz insanlara qarşı aqressiv olmaq (məs. İnsanı itələmək, pəncərədən çox boylanmaq və s.) ilə bağlı qaçılmaz düşüncələr-obsessiv-kompulsiz pozuntu zamanı bu impulslar pasient tərəfindən gerçəkləşmir, lakin yüksək narahatlıq hissi, “bu dəqiqə reallaşacaq” düşüncəsi, bunlardan qaçmaq cəhdləri ilə müşhaidə olunur.
- Ruminasiya-qərar vermək və konstruktiv nəticə əldə etmək düşüncəsi olmadan,bir mövzu üzərində kəsilməyən, çoxsaatlı, mənasız, psevdofilosofik və bitməsi çətin olan narhatlıqlardır.
- Çirk, natəmizlik, özünü və başqalarını çirkləndirmək ilə bağlı yorucu qorxu
- İdeal təmizlik, real olmayan səliqə, simmetriya, ətrafdakı əşyaların xüsusi duruşunu saxlamaq ilə bağlı yorucu təlabat.
Arifmomaniya
Arifmomaniya — insan hər zaman beynində ətraf-mühitin vəziyyəti ilə əlaqəli olmayan arifmetik hesablamalar edir.
Arifmomaniya (yunancadan arithmós, “rəqəm”, və “maníā”, məcburiyyət)-bu psixiki pozuntudur. Obsessiv-kompulsiv pozuntunun (OKP) ifadəsi kimi baxıla bilər.
Pasient pilləkəndən qalxdığı və endiyi zaman addımların sayını və ya sözlərdəki hərflərin sayını hesablamaqda özünü borclu hiss edə bilər. Yarana biləcək gələn təhlükənin qarşısını almaq üçün, hərəkəti müəyyən sayda etməkdə təlabat hiss edirlər. Onlar gördükləri hər şeyi saya bilərlər tavanda və ya döşəmədə olan plitkaları, şossedə olan xətlərin sayını, göz qırpımlarının və ya aldıqları nəfəsin sayını və ya əşyalara toxunanın müəyyən sayını.
Bəzən arifmomaniya çətin sistemə çevrilir, bu zaman pasient arasındakı əlaqəni tapmaq üçün insnalara, obyektlərə və hadisələrə məna və ya say yükləyir. Bəzən rəqəmlər keşmiç hadisələr ilə əlaqəli olur və insan yenidən xüsusi rəqəmi mənaya görə həmin hadisələri yadına salır.
İnsan öz hərəkətlərini xüsusi say ilə yerinə yetirir və bu rəqəm onların müəyyən anları ilə bağlı olur. Say nitqdə və ya düşüncədə həyata keçə bilər.